İctimai fəal Araz Əliyev həbs edilib. araztv.com xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə A.Əliyev haqda 25 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.
Ətraflı »Hadisəni törətdikdən sonra Mübariz Mehdiyev özünü öldürüb”. araztv.com bildirir ki, bu sözləri Hacıqabul rayonu polis bölməsinin sahə inspektoru, kapitan Ramiz Əliyev deyib. Onun sözlərinə görə, silahlı insident törədən Mübariz Mehdiyev 4 nəfəri odlu silahla qətlə yetirib, Bir nəfəri yaraladıqdan sonra hadisə yerində özünü də öldürüb. *** Qeyd edək ki,…
Ətraflı »Lerikdə evdə maye qaz balonu partlayıb. araztv.com xəbər verir ki, hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha…
Ətraflı »Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək fəsadlar törədib. araztv.com bildirir ki, küləyin təsiri nəticəsində Xırdalan şəhəri, 25-ci məhəllədə irigövdəli ağaclardan biri aşıb. Nəticədə ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə xeyli zərər dəyib
Ətraflı »Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), və Gənclər və İdman Nazirliyi məhkəməlik olub. araztv.com 32gun.az-a istinadən xəbər verir ki, iddiaçı qismində AMADA-da direkor vəzifəsində çalışmış Şəfəq Hüseynlidir. Şəfəq Hüseynli haqsız olaraq işdən çıxarıldığını iddia edib. Bakı Şəhər Nərimanov Rayonu Məhkəməsində hakim Aytən Novruzovanın icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri –…
Ətraflı »İnterpol tərəfindən axtarışda olan mütəşəkkil cinayətkar qrup üzvü İstanbulda həbs olunub. araztv.com bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında yazıb. Nazir qeyd edib ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən narkotik maliyyəçisi və mütəşəkkil cinayətkar qrup üzvü Muhuannad Aloqlah İstanbulda tutulub. Yerlikaya əlavə edib ki,…
Ətraflı »Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib. araztv.com-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Rusiya Federasiyasında zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməlinin törədilməsində təqsirləndirilərən Türkmənistan vətəndaşı Atamıradov Maqtımqulı Atamıradoviçin və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluqla…
Ətraflı »Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. araztv.com-ın xəbərinə görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin maqnitudası 5,5, dərinliyi 70 km olub. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
Ətraflı »Sumqayıt şəhəri 76-cı məhəllənin 10 minə yaxın sakini hazırda çətin vəziyyətdə yaşayır. araztv.com bildirir ki, Məhəllədə yerləşən 100-dən çox ev su altında qalıb. Sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər. Məsələ barədə bir qrup sakin “Report”un yerli bürosuna bildirib ki, bu vəziyyətə Acıdərə kanalının daşması səbəb olub. Kanalın suyu evlərə dolub. Hətta…
Ətraflı »“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bildirilib ki, banka 17 milyon 765 min manat ziyan dəysə də,…
Ətraflı »