Azərbaycanda partlayış – Yaralılar var

Lerikdə evdə maye qaz balonu partlayıb.

araztv.com   xəbər verir ki, hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir