Şəfəq Hüseynli nazirliyi və AMADA-nı məhkəməyə verdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), və Gənclər və İdman Nazirliyi məhkəməlik olub.

araztv.com 32gun.az-a istinadən xəbər verir ki, iddiaçı qismində AMADA-da direkor vəzifəsində çalışmış Şəfəq Hüseynlidir.

Şəfəq Hüseynli haqsız olaraq işdən çıxarıldığını iddia edib.

Bakı Şəhər Nərimanov Rayonu Məhkəməsində hakim Aytən Novruzovanın icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri – İşə bərpa, Əmək mübahisələri – Əmək haqqı tələbi ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) yeni icraçı direktor təyin olunan Təhminə Tağı-zadə oktyabrın 23-də kollektivə təqdim olunub.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir