Lalə Şövkətin səhhətində ciddi problemlər yarandı: “O, ağır cərrahiyyə əməliyyatı keçirəcək”

lale shevket yeni il.gifAzərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

Mia.az xəbər verir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan məlumat yayıb.

Əvəz Temirxan bildirib ki, Lalə xanım ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir: “Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik.

Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin.

Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür.

Allah onu bizə bağışlasın!”.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir