Gürcüstanda uşaqlara şikayət etmək hüququ verildi

f6e250df06556d7a9fa6ed971d157057Gürcüstanın Ədliyyə Şurası uşaqlara uyğunlaşdırılmış şikayət ərizəsi formasını təstiq edib. 24News.ge “Netgazeti” portalına istinadən xəbər verir ki, sözügedən dəyişikliklər paketinə əsasən, artıq yetkinlik yaşına çatmayan uşaqlar da məhkəməyə şikayət ərizəsi ilə müraciət edə biləcəklər. Qanun layihəsinin 1 sentyabrdan etibarən qüvvəyə minəcəyi gözlənilir: “Əgər hüquqularınızın pozulduğunu düşünürsünüzsə, bunun üçün məhkəməyə müraciət edə bilərsiniz. Şikayət üçün, ərizə formasını doldurmağınız mütləqdir. Bunun üçün sizə başqaları (ailə üzvləri, dostlar və.s) köməklik göstərə bilər. Ərizə paketini doldurduğunuz zaman, sualların yaranacağı təqdirdə isə bu telefon nömrəsi ilə əlaqə saxlayın: (995 32) 22 73 100. Biz sizə yardım edəcəyik. Ərizənin hər hansı bir formasını doldura bilmədiyiniz təqdirdə belə, məhkəmə sizin ərizənizi qəbul edəcək. Müvafiq formaya www.hcoj.gov.ge saytında baxa bilərsiniz”, – deyə məlumatda bildirilir.

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir