Müşfiq Ələsgərli: “Mətbuat Şurası olaraq Azərbaycan seqmentindəki erməniləri 2016-cı ilin aprel döyüşləri zamanı aşkarladıq”
Bu gün müdafiə naziri Zakir Həsənov Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşündə ermənilərin informasiya təxribatları ilə bağlı maraqlı fikirlər səsləndirib. Bəzi ermənilərin azərbaycanlı kimi qeydiyyatdan keçdiyini bildirən müdafiə naziri bildirib ki, onların məqsədi gənclərdə dövlətə və millətə qarşı mənfi rəy formalaşdırmaqdır.
Müdafiə nazirinin erməni təxribatı ilə bağlı bu açıqlaması sosial şəbəkə iştirakçılarının, media nümayəndələrinin məlum problemə daha həssas yanaşmasının, bu məsələlərdə daha diqqətli olmasının vacibliyinə dəlalət etmirmi?
-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli müdafiə nazirinin məlum bəyanatının önəminə diqqət çəkdi:
“Mətbuat Şurası 2016-cı ildən bu məsələni gündəmə gətirib. 2016-cı ilin aprel döyüşləri zamanı biz informasiya savaşı cəbhəsində mediada bu məsələləri monitorinq edirdik. O zaman bu cür faktlarta rast gəldik. Gördük ki, sosial şəbəkələrin Azərbaycan seqmentində azərbaycanlı adı-soyadı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onlayn media resurslarında da xeyli sayda bu cür hallara rast gəldik. Gördük ki, bəzi saytlar guya Azərbaycanın xeyrinə olan məlumatalır verirlər. Lakin əslində isə təqdim edilən bu informasiyalarda Azərbaycanın maraqlarına zidd olan ciddi məqamlar var.
Həmin vaxt biz bəzi saytlara bununla bağlı xəbərdarlıq etmək, öz iradımızı bildirmək üçün zəng vuranda məlum oldu ki, onların üzərindəki rekvizitlər yanlışdır. Bu saytlara saxta rekvizitlər yerləşdirilib. Belə olanda biz məcbur qalıb onların ünvanına baş çəkəndə məlum oldu ki, sadəcə telefon nömrələri deyil, bu saytlarda yerləşdirilən ünvanlar da yanlışdır. Sonradan texniki bilgilərə malik İP mütəxəsssislərin vasitəsi ilə araşdıranda məlum oldu ki, bunlar xaricdən idarə olunan saytlardır. Bir qədər də araşdıranda məlum oldu ki, ermənilər Azərbaycan seqmentində qeydiyyatdan keçərək Azərbaycan əleyhinə təxribatçı informasiyalar yayırlar. Bu gün müdafiə nazirinin məlum açıqlamasında da bu gerçəkliyə toxunuldu. Təbii ki, bu cür hallar var və buna qarşı mübarizə aparılmalıdır.
Insanlar bu məsələlərdə diqqətli olmalı, bu informasiyalara ehtiyatla yanaşmalı, onun etibarlılığına diqqət yetirməlidir. Diqqət yetirmək lazımdır ki, bu informasiyalıar hansı mənbədən yayılıb, bu mənbələr legitimdirmi, bu informasiyalar rəsmi mənbələr tərəfindən öz təsdiqini tapırmı və s. Əgər hər hansı informasiya bu tələblərə cavab verirsə, yalnız bundan sonra onu paylaşmaq və yaymaq lazımdır. Hər hansı məlumatı fərqinə varmadan yaymaq cəmiyyət üçün ziyanlı ola bilər. Bu baxımdan Müdafi Nazirliyinin bu problemi gündəmə gətirməsini alqışlayıram və hesab edirəm ki, bu, cəmiyyət üçün ciddi mesajdır. Media, xüsusilə də sosial şəbəkə iştirakçılaır bunu nəzərə almalıdır”.
Seymur ƏLİYEV
araz.az xəbər portalı.