“Sizi Xankəndi və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik” – İcma sədri Türkiyə səfiri ilə bir arada + FOTO

1597741154214 ZL6Pjl7cjpeg 1597741910Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Twitter” səhifəsində məlumat verilib.
O bildirib ki, bu gün ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı müvəqqəti iqamətgahda qarşılamaq şərəfinə nail olublar: “Sizi Xankəndində və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”.
İcma rəhbəri yazıb ki, görüşdə mövcud məsələlər, potensial əməkdaşlıq müzakirə olunub.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir