
Manevr.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, indiki vəziyyətdə tam üzən məzənnəyə keçid o qədər də asan məsələ deyil:
“Pandemiya qurtarandan sonra vəziyyətə baxarıq. Mənə elə gəlir ki, hələlik Mərkəzi Bank da, hökumət də manatın məzənnəsinin hazırkı səviyyədə saxlanılmasının üzərində dayanıb”.
Vahid Əhmədov müəyyən müddətdən sonra milli valyutanın ABŞ dolları qarşısında dəyər itirmə ehtimalından da danışıb: “Əlbəttə, manatın taleyi bizi narahat edir. Çünki neftin qiyməti o qədər də yüksək deyil. Xüsusən də qeyri-neft sektorunda pandemiya ilə əlaqədar xeyli problemlər var. Cənab Prezident də qeyd etdi ki, yavaş-yavaş müəyyən istehsal sahələrində yumşalma gedəcək. Amma dolların manata nisbətdə dəyər qazanması da istisna deyil. Amma hökumət qabaqlayıcı addımlar atasa, bunun qarşısını ala bilər”.
Manevr.az
araz.az xəbər portalı.