NAZİR ƏVƏZİ İKİ ŞÖBƏ MÜDİRİ İLƏ MÜŞAVİRİ VƏZİFƏDƏN ÇIXARDI – Nazirlikdə dəyişikliklər

2017 08 09 00 22 15kreslo vezifeMədəniyyət Nazirliyində yeni kadr kadr dəyişiklikləri olub.

Mia.az nazirliyə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmrlərinə əsasən nazirliyin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Həmçinin, Anar Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir