
“Report” xəbər verir ki, son statistikaya əsasən onların sayı cəmi 24 nəfər olub.
Çamalallar Qafqaz xalqlarına və avarların subetnosusuna aiddirlər. Onlar XIX əsrdə doqquz kənddə yığcam yaşayıblar və sayları azı 3 889 nəfər olub. Bu məlumatlar Dağıstanda 1886-cı ildə keçirilən siyahıyaalınmada yer alıb. SSRİ-də əhalinin birinci Ümumittifaq siyahıya alınmasında (1926-cı il – red) çamalalların sayı 3 438 nəfər müəyyən edilib. Lakin 1967-ci ildə onların sayı 4 000 nəfərdən çox olub.
Çamalallar Qafqazda ən azsaylı etnik qrup hesab edilirlər.
Qeyd edək ki, bu gün dünyada Beynəlxalq yerli xalqlar günü kimi qeyd edilir.


araz.az xəbər portalı.