Premyer Liqada rekord təkrarlandı

871398İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Raul Ximenes cari mövsümdə “qol+ötürmə” sistemi ilə topladığı xal sayını 37-yə çatdırıb.

apasport.az bildirir ki, meksikalı hücumçu Avropa Liqasının “Olimpiakos”la 1/8 final mərhələsinin cavab oyununda penaltidən dəqiq istifadə edib.

Bu, Ximenesin mövsümdə bütün turnirlərdə üst-üstə 27-ci qolu olub. Onun aktivində 10 məhsuldar ötürmə də var.

Şimali amerikalı bununla İngiltərə Premyer Liqası klublarının cari mövsüm üçün rekordunu təkrarlayıb. O, “Mançester Siti”nin ulduzu Kevin de Breyneyə çatıb.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir