Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR: İlk 150 ailə Laçında məskunlaşdırılır

modern.az repa 900Livanın paytaxtı Beyrutda baş verən partlayışı bəhanə edən Ermənistan hakimiyyəti Qarabağa süni köçürmə siyasətini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondaerma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunu rəhbəri, diaspor ermjənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməıni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. I Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir.

Partlayışı bəhanə edən separatçıların lideri onları Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırmağı düşünür.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir