Tacikistandan şok qərar: Rusiyanın istəyi rədd edildi

zavki zavkizodeTacikistan Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmağa tələsməyə ehtiyac duymur.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizodə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Tacikistan hökuməti hazırda digər ölkələrin təcrübəsini öyrənməklə yanaşı, AİB-ə üzv olmağın müsbət və mənfi cəhətlərini də qiymətləndirir.

İqtisadi İnkişaf Nazirliyinin rəhbəri respublikanın birliyə üzv olması ilə bağlı qərarın yalnız diqqətlə öyrənildikdən və təhlil edildikdən sonra veriləcəyini qeyd edib.

Nazir bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarı hələ qəbul edilməyib və Tacikistan hakimiyyətinin qərarının nə vaxt açıqlanacağı məlum deyil.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir