Bakıda sakinlər etiraz edir — VİDEO

etirazNəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər. 

BAXAR.AZ-a danışan sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir.

Sakinlər bildirirlər ki, tikinti şirkətinin əməkdaşları kompensasiya ödəməkdən də boyun qaçırırlar. Həmçinin,onların heç bir hüquqi sənədinin olmadığı da bildirirlər.

Sakinlər qeyd edir ki, 1 həftəyə evlərini tərk etmələri ilə bağlı onlara təzyiqlər olunur. 

{loadmoduleid 175}

 

 

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir