“Ermənistana silah satışı yanlış qərar olub” – Serbiya prezidentindən qalmaqalla bağlı açıqlama

vucic serbiyajpg 1586374311Serbiya Prezidenti Aleksandar Vucic bildirib ki, ölkəsinin istehsal etdiyi silahlar həm Ermənistan, həm də Azərbaycana satılır, çünki bu, yerli silah sənayesinin uğurlu fəaliyyətini təmin etməyin yeganə yoludur.

“Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq”, – Vucic iyulun 31-də axşam özünün Serbiya Proqressiv Partiyasınln iclasında deyib.

Onun sözlərinə görə, Ermənistana bu ixrac qərarı yanlış qərar olub və gələcəkdə ona yenidən baxılmalıdır. Ancaq prezident onu da əlavə edib ki, Serbiya silah sənayesində 17 min nəfər çalışır və onlar işlərini itirməməlidir.

“Sizdən ümumiyyətlə soruşuram: gələcəkdə silahı kimə sataq? Kimə satsaq, bizi tənqid edən kimsə tapılacaq”, -Vucic vurğulayıb. (azadliq.org)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir