Fövqəladə vəziyyət rejimi uzadıldı

COVV1Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

Pravda.az xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir.

Vurğulanır ki, komitə “beynəlxalq narahatlığa səbəb olan pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratması ilə yekdilliklə razılaşıb”. Komitə rejimin uzadılması haqqında  tövsiyəsini baş direktor Tedros Adanom Qebreyesusa təqdim edib və ÜST rəhbəri təkliflə  razılaşıb.

Bununla əlaqədar olaraq “komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq”, – xəbərdə deyilir.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir