
Təlimə Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin gömrük nəzarətinin təşkili sahəsində çalışan 23 əməkdaşı cəlb olunub. Məqsəd yükdaşımalarda texniki şərtlərə nəzarət edilməsi və yükdaşımaya buraxılış şəhadətnamələrinin verilməsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.
Bununla yanaşı, təlimə cəlb olunan əməkdaşlara Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu”gömrük postunda müxtəlif tipli nəqliyyat vasitələrinə və konteynerlərə baxış keçirməklə onların yükdaşımalara buraxılması üçün texniki şərtlərə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı praktiki bacarıqlar aşılanıb.
araz.az xəbər portalı.