Evi olmayanlara ŞAD xəbər: Prezidentdən vətəndaşlara güzəştli mənzillə bağlı vacib fərman

1518110726_screenshot_2.jpg


 Vətəndaşlara bundan sonra güzəştli mənzilləri Nazirlər Kabineti tərəfindən veriləcək

araztv.com bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.4-cü bəndində “Agentlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
Qeyd edək ki, mövcud olan qanunvericiliyə əsasən Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır, mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Agentlik müəyyən edirdi.
Bundan sonra Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçiriləcək və bu məsələyə Nazirlər Kabineti tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” qanun ilə müəyyən edilmiş qaydada baxılacaq. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək.sputnik

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir