Eldar Əzizov şagirdlərdən 50 qəpik yığdırır RƏZALƏT

eldar-ezizov_yeni.jpg


 Bayıldakı orta məktəblərdən sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılır.

Bu barədə araztv.com-a verilən məlumatda bildirilir ki, ərazidə fəaliyyət göstərən məktəblərdə şagirdlərdən 50 qəpik, müəllimlərdən isə 20 manat məbləğində pul istənilib: “Birbaşa icra başçısının göstərişidir deyirlər. Guya sürüşmə zonasından köçürülüb 163 saylı orta məktəbdə və qohum-tanış evlərində məskunlaşdırılan ailələrə yemək-içmək almaq üçün yardım edilir”.
Qeyd edək ki, həmin faktı ərazidə yaşayan ictimai-fəal insanlar da sosial şəbəkələrdə işıqlandırıblar. AFN-in araşdırması zamanı isə məlum olub ki, bu hal Bayılda yerləşən 51, 91, 203, 49 saylı məktəblərdə baş verib.
Məsələ ilə bağlı araşdırma aparılacaq. AFN

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir