Jirinovskidən şok: Prezidentin iqamətgahına bomba ataq

d28186d608eb0911e29cd802c33986e3-300x200.jpg


 Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkonun iqamətgahına nüvə silahı ilə hücüm etməyi təklif edib.

araztv.com xəbər verir ki, siyasətçi belə bəyanatla “Rossiya 1” telekanalında “Vladimir Solovyevlə axşam” proqramının efirində çıxış edib.

“Kiçik bombanı. Xirosimaya atılan bomba qədər deyil, daha kiçik bombanı. Məsələn, 10 kilometr radiusda təsiri olan”, – siyasətçi deyib.

Xatırladaq ki, Jirinovski martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacağına və Ukraynanın bütün ordusunu məhv edəcəyinə söz verib. Medianews.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir