NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

novruz

Əziz dostlar!
Ulu Tanrıya, kainat nizamına və ana təbiətə dərin sevginin, rəngarəng qədim ənənələrimizin qorunub saxlanılmasının, böyük xalqımızın öz tarixi-mədəni keçmişinə yüksək ehtiramının və milli-mənəvi dəyərlərimizə dərin bağlılığının parlaq ifadəsi olan əziz Novruz bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bu xoş bayram günlərində ailə üzvlərinizə, doğma və yaxınlarınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq!

Uzun əsrlərin sınağından çıxan və ümumxalq bayramı kimi kainatın hər bir guşəsində qorunub, saxlanılan Novruz bayramı günlərində bütün dünya azərbaycanlılarına da səmimi salamlarımızı yetirir, soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşmələrini arzulayır, hər evə, hər ailəyə, hər bir həmyerlimizə bayram ovqatı və bol-bol sevinc arzu edirik!
Bahar bayramınız mübarək olsun!

“Araz” Media Qrupunun və araztv.com xəbər portalının kollektivi.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir