“Boeing” təyyarələri ilə uçuş bütün dünyada ləğv olundu – Yenilənib

boing.jpg

“Boeing” “737 MAX” təyyarələrinin uçuşunu müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir. Qərar ABŞ aviasiyası üzrə Federal İdarənin, ABŞ nəqliyyatının təhlükəsizliyi üzrə Milli Şuranın, aviasiya hökumətinin müzakirələrindən sonra qəbul edilib.

Bəyanatda bildirilir ki, uçuşlar laynerin təhlükəsizliyi ilə bağlı ictimaiyyəti sakitləşdirmək üçün dayandırılır.

***

“Flightradar” Uçuş İzləmə Resursu “Boeing” təyyarələri ilə uçuşun martın 14-dən etibarən dünyanın bütün ölkələrində dayandırıldığına dair açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, bu təyyarə modeli ilə sonuncu uçuş martın 13-də saat 6:30-da Amerikanın San-Fransisko şəhərindən Kanadanın Qalifaks hava limanına baş tutub.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir