Deputat bostanda: Qarpıza gücü çatmadı — Maraqlı VİDEO

Növbədənkənar parlament seçkilərinə start verilməsi deputat olmaq istəyən şəxsləri hərəkətə gətirib. 

Bu sırada müxtəlif peşə sahibləri ilə yanaşı, hazırda qanunverici orqanda təmsil olunan millət vəkilləri də var. Onlar tez-tez seçicilərinə baş çəkir, cəmiyyətdə müsbət reaksiya doğuracaq addımlar atırlar.

araztv.com xəbər verir ki, Milli Məclisin İmişlidən seçilən deputatı Razi Nurullayev son vaxtlar xüsusi fəallığı ilə diqqət çəkir. Millət vəkili tez-tez deputat seçildiyi bölgəyə gedərək, müxtəlif peşə sahibi olan seçiciləri ilə görüşür.

Deputatın sosial şəbəkələrdə paylaşdığı videogörüntülər maraqla qarşılanır və çox vaxt qızğın müzakirələrə səbəb olur.

Razi Nurullayevin sonuncu dayanacağı İmişlinin Xəlfəli kəndi olub. Millət vəkili kənddəki qarpız və yemiş bostanna baş çəkib.

Görüşdə Razi Nurullayev zəhmətkeş insanlara böyük hörməti olduğunu bildirib. Bostandan qarpız yığan deputat 20 kiloqrama yaxın çəkisi olan qarpızı qaldırmaqda çətinlik çəkib. Onun bunu səmimi şəkildə etiraf etməsi marağa səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir