Daxili İşlər Nazirliyinin iki əməkdaşı rüşvətə görə beynəlxalq axtarışa verildi

Rusiyada rekord məbləğdə rüşvət almaqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin istintaqdan qaçan keçmiş əməkdaşları Georgi Satyukov və Dmitri Sokolovun qohumlarının adına olan əmlaklar və bank hesablarına həbs qoyulub.

araztv.com yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin sanksiyası ilə qohumlarının daşınmaz əmlakı və 13 hesabı ilə bağlı müvəqqəti tədbirlər görülüb. Söhbət iki yaşayış və yeddi qeyri-yaşayış sahəsindən gedir, onların sahibləri birinin həyat yoldaşı, ikincisi isə keçmiş polisin qardaşıdır.

Aktivlərə həbs qoyulması iyulun 10-da elan edilib. Onların arasında Aviatsionnaya küçəsindəki “Qırmızı yelkənlər” kompleksində 200 kvadratmetr sahəsi və kadastr dəyəri 50 milyon rubl olan, həmçinin “Nejinski Kovçeq” yaşayış kompleksindəki mənzillər var.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir