Cənubi Afrikada adam oğruları tutulub – 90 efiopiyalı isə xilas edilib

Cənubi Afrika Respublikasında insan alverçilərinə qarşı əməliyyat keçirilib.

araztv.com  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika polisi açıqlama yayıb.

Açıqlamaya görə, pul qarşılığında qaçırılan Efiopiya vətəndaşının xilas edilməsi üçün Yohannesburqda bir binada həyata keçirilən əməliyyatda 90 efiopiyalı qurtarılıb: “Onlardan bəziləri işgəncədə ağır xəsarətlər aldıqlarından xəstəxanalara göndərilib. Cinayətkar dəstənin iki üzvü tutulub, digərləri isə axtarışdadırlar…”

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir