Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər

9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan Kəmaləddin Qafarov çətin durumdadır. Bunun səbəbi, yenidən eyni dairədən deputatlıq eşqinə düşən K.Qafarovun seçiçilər arasında nüfuzunun olmamasıdır. Əksər seçicilərin isə K.Qafarov adlı deputatın varlığından xəbəri belə yoxdur. Bunun bir səbəbi K.Qafarovun Milli Məclisdə “susqun deputat” olmasıyla bağlıdırsa, digər səbəbi biznes fəaliyyəti ilə əlaqədar seçicilərin arasında görünməməsidir.

Seçicilərin sözlərinə görə, təyin olunmuş deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. araztv.com xəbər verir ki,bu barədə mənbədən aztoday.az-a bildirilib ki,monopolist deputat artıq ciddi problemlərlə üzləşməkdədir. Belə ki, imzatoplama kampaniyasında seçicilər nəinki ona imza verməkdən imtina edib, hətta imza toplayan şəxslər bəzi ərazilərdə sakinlər tərəfindən qovulub.

Düzdür, Kamaləddin Qafarov inzibati resurslardan istifadə edərək 500 imzanı DSK-ya təhvil verib, amma vəziyyət onu göstərir ki, təbliğat-təşviqat dövründə onun seçicilərin qarşısına çıxması böyük qalmaqal yarada bilər.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir