Vəkillər Kollegiyasının Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu

Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.

araztv.com xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.

Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) vəzifəsində çalışırdı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir