Moskvada hərbçinin maşınını partladan şəxs Türkiyədə saxlanıldı

Rusiyada bombalı hücum həyata keçirən şəxs Türkiyədə saxlanılıb.

araztv.com xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.

“Bu gün Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada avtomobilə qarşı bomba ilə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkəmizə daxil olduğu müəyyən olunub.

Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib.

Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , – Yerlikaya bildirib.

Xatırladaq ki, bu gün Moskvada Andrey Torqaşov adlı hərbçinin avtomobili partladılıb. Nəticədə hərbçi və həyat yoldaşı yaralanıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir