YAP-ın deputatlığa namizədi külli miqdarda borclu olması iddialarından danışdı

“Mənim  heç kimə borcum yoxdur. Bu barədə iddialar doğru deyil”.

araztv.com bildirir ki,bunu gununsesi.info-ya açıqlamasında YAP-ın Qubadan olan deputatlığa namizədi Əlibala Məhərrəmzadə deyib.

O, barəsində olan iddiaları təkzib edib.

Bununla belə Əlibala Məhərrəmzadə bildirib ki, deputat seçiləcəyi təqdirdə biznes fəaliyyətini dayandıracaq: “Əgər seçilərəmsə,biznesimi təhvil verəcəyəm”. 

 

Qeyd edək ki, saytımızda dərc olunan “YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir”  başlıqlı xəbərində Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin bir neçə milyon manat borcu olmasından bəhs olunur.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir