YAP -ın keçmiş təşkilat sədri hakim partiyanın namizədinə rəqib olur

Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının keçmiş sədri Ramil Orucov hakim partiyanın 1 sentyabr parlament seçkilərində irəli sürdüyü namizədə rəqib olacaq.

Həmin dairədən hakim partiya deputat Müşfiq Cəfərovu irəli sürüb.

araztv.com-ın xəbərinə görə, Ramil Orucov namizədliyini 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən elan edib.

Qeyd edək ki, Ramil Orucov Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə də çalışıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir