Hamı tıxacda gözləyir, bu sürücü isə qanunları saymadan əks gedir – VİDEO

Bakıda qaydaları saymayan sürücünün hərəkətləri kameraya düşüb.

araztv.com avtosfer.az-a istinadən xəbər verir ki, hadisə iyulun 9-da, paytaxtın Xətai prospektində qeydə alınıb. Belə ki, 10-PP-970 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü tıxacda gözləməmək üçün qaydaları pozmağı seçib. O, qoşa xəttin tələbini pozaraq əks yola çıxıb, daha sonra isə yüksək sürətlə hərəkət edərək vaxt qazanmağa çalışıb.

Qeyd edək ki, bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir