Yol polisi tüstülənən maşının sürücüsünə baxın necə kömək etdi – VİDEO

Paytaxtın Nizami rayonunda avtomobil anidən tüstülənib.

araztv.com avtosfer.az-a istinadən xəbər verir ki, hadisə iyulun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, 10-UY-907 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil alışmağa başlayıb. Avtomobilin yaranmış texniki nasazlıqdan tüstüləndiyi bildirilib. Nəticədə nəqliyyat vasitəsi kilidlənib. Bu zaman Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı və yaxınlıqdakı şəxslər alışmaqda olan avtomobilə müdaxilə edərək yanğının qarşısını alıblar.

Qeyd edək ki, hadisə zamanı avtomobilə ciddi maddi ziyan dəyib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir