İlahi müdaxilə… – İTV şərhçisinin sözləri Türkiyədə gündəm oldu – VİDEO

İctimai Televiziyanın şərhçisi Tural Dadaşovun Türkiyə-Avstriya matçının 90+4-cü dəqiqəsində yaşananları “İlahi müdaxilə” adlandırması Türkiyədə böyük maraqla qarşılanıb.
araztv.com bildirir ki, Türkiyə mətbuatı T.Dadaşovun bu ifadəsini “Azərbaycanlı spikerdən Mert Günok yorumu: “İlahi Müdahale” , “Azerbaycanlı spikerden Mert Günok kurtarış yorumu” və s. başlıqları ilə təqdim ediblər. Bu ifadə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Avstriya ilə matçının 90+4-cü dəqiqəsində Türkiyə yığmasının qapıçısı Mert Günok kritik qurtarış edib.
Həmin görüntüləri təqdim edirik:

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir