Həyat yoldaşı növbəti dəfə Trampı utandırdı – VİDEO

46405560.jpg

Sosial şəbəkələrdə ABŞ-ın birinci xanımı Melaniya Trampın öz əri ilə birgə şəkil çəkdirməkdən imtina etdiyini göstərən kadrlar yayılıb.

araztv.com Oxu.az -a istinadla xəbər verir ki, insident Florida ştatında Palm-Biç aeroportunda qeydə alınıb.

Protokola əsasən, cütlük təyyarədən çıxmalı və qısa müddət dayanmalı idilər ki, jurnalistlər şəkil çəkə bilsinlər.

Twitter-də yayılmış kadrlardan görünür ki, Melaniya Donald Trampdan aralıda dayanıb, əlini ona vermir və təyyarədən düşdükdən dərhal sonra maşına tərəf gedir. Tramp tənha qalaraq, fotoqraflara əl yelləyir və özü də maşına əyləşir.

Qeyd edək ki, Melaniya Tramp dəfələrlə amerikalı lideri pis vəziyyətdə qoyub. Belə ki, o, Romaya, daha əvvəl isə İsrailə səfər zamanı ərinin əlindən tutmaqdan imtina edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir