Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili Avro-2024-ün 1/8 finalının İspaniya ilə oyunu öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib.
araztv.com xəbər verir ki, o, Gürcüstan yığmasının yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın bütün İspaniya millisindən güclü olduğunu deyib:
“Mən bir gürcü kimi onun fanatıyam. O, “Qızıl top”u qazana bilər. İspaniyaya hörmət edirəm. Amma Kvaratsxeliya bütün İspaniya millisindən güclüdür. Mən bunu Gürcüstan millisinin oyunçusu kimi deyirəm”.
Qeyd edək ki, İspaniya – Gürcüstan oyunu sabah keçiriləcək.
araz.az xəbər portalı.