Ermənistanın “baş kəşfiyyatçısı” Azərbaycana gəldi

Artur-venetsan.jpg

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az xəbər verir ki, Vanetsyan Qarabağda separatçı rejimin “rəhbəri” Bako Saakyanla görüşüb.

Görüşdə təhlükəsizlik məsələlərinin müzakirə edildiyi deyilir.

Hazırda cəbhədə sakitlik hökm sürür, bu baxımdan, Ermənistanın “baş kəşfiyyatçısı”nın Qarabağa gəlişi Paşinyan-Saakyan qarşıdurması fonunda diqqət çəkir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir