DGK-da informasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

0a63169c9de479a4b806ae3fdef99ed5.jpgDövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində “Dubai Trade”in icraçı direktoru Mahmud Əl Bastaki ilə görüş keçirilib.

Bu barə “Report”a DGK-dan məlumat verilib.

Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesində informasiya texnologiyalarının tətbiqi, yeni innovasiya layihələri barədə məlumat verib.

Görüşdə informasiya texnologiyalarının gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, beynəlxalq ticarətin sürətli və asan şəkildə reallaşdırılmasındakı rolu barədə müzakirələr aparılıb, bu sahədə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin ümumi işə fayda verəcəyinə əminlik ifadə edilib.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir