Supermarketlərin cibə girmək strategiyası bitmir – Tanınmış jurnalistdən ittiham

Tanınmış jurnalist supermarketləri “cibə girməkdə” günahlandırıb.

araztv.com  TEMPİNFO-ya istinadən  xəbər verir ki, media nümayəndəsi Əzizə İsmayılova bununla bağlı şikayətini bildirib.
“Supermarketlərin cibə girmək strategiyası bitmir ki, bitmir. Səhər-səhər girmişəm “Grandmart Supermarket”ə (Nizami m. yanında) kiloqramı 5 manat neçə qəpiklik gilas götürmüşəm. Götürmədən əvvəl tərəzidəki oğlandan bir də “qiymət budur?” deyə dəqiqləşdirmişəm. Tərəziyə qoyanda bir də dedim ki, “kilosu 5 manat” olandan götürdüm. “Yaxşı” deyib vurdu. Mən də fikir vermədim”, – deyən jurnalist çekə baxıb görüb ki, kilosu 8 manat 50 qəpiklik gilası vurulub.
Ə.İsmayılova bildirib ki, söhbət 2-3 manatda deyil, insanların etibarından istifadə edib cibinə girməkdən gedir: “Hər adamdan 2-3 manat qazanmaqla etibar itirməyə dəyərmi? Halal etmirəm, biləsiz”.
Onun paylaşımına yazanlar arasında bunu texniki problemlə əlaqələndirənlərlə yanaşı, sözügedən problemin  əksər supermarketlərdə yaşandığını qeyd edənlər də olub.
TEMPİNFO

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir