Qərbin planı bəlli oldu: “Rusiya beş hissəyə bölünməlidir”

Qərb Yuqoslaviyada təcrübə keçdikdən sonra Rusiyanı beş yerə parçalamaq niyyətindədir”. 

araztv.com  Cebhe.info-ya istinadən bildirir ki,  Serb Respublikasının rəhbəri Milorad Dodik belə deyib.

Onun sözlərinə görə, Qərb 20 il əvvəl Yuqoslaviyanı parçalamaqla eyni şeyi Rusiyada təkrarlamaq üçün təlim keçib:

“Biz belə bir təklifin olduğunu bilirik. Rusiya beş hissəyə bölünməlidir. Dünyanın bir çox yerində bunu etməyi öyrəndilər və nəhayət bura gəldilər. Hesab edirik ki, onlar buna nail olacaqlar”.

Dodik qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bu planlardan dərhal xəbər tutub və Rusiyanın milli maraqları uğrunda mübarizəyə rəhbərlik edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir