Orqanlarımızı sağlığımızda kimə və necə bağışlaya bilərik?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır.

İnsan orqanlarının və ya toxumalarının transplantasiyası 1997-ci il tarixli “Əhalinin sağlamlığının qorunması haqqında” və 1999-cu il tarixli “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Qanunla tənzimlənir. Bəzən sosial şəbəkələrdə insanların sağ ikən orqanlarını bağışlamaq istədikləri, ancaq bunun üçün müraciət qaydasını bilmədikləri qeyd olunur.

araztv.com bildirir ki, Hüquqşünas Əsabəli Mustafayev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycanda insan orqanlarının və toxumalarının alqı-satqısı qadağandır:

“”İnsan orqanlarının transplantasiyası haqqında” Qanun var. Qanuna əsasən, yalnız 9 orqan və ya toxuma bu siyahıya daxildir. Transplantasiya obyekti ola biləcək orqanlara ürək, ağciyər, qaraciyər, böyrək, mədəaltı vəzi və onun seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişası və s. daxildir”. 

O qeyd edib ki, donor, əsasən, xəstənin qohumu ola bilər:

“Qohum da bunu orqanlarını bağışlayaraq həyata keçirə bilər. Əgər bir şəxs qohuma deyil, ümumi olaraq orqanlarını kiməsə bağışlamaq istəyirsə, bu zaman ehtiyacı olan şəxslərin siyahısı tutulur və siyahıda kim öndədirsə, orqan ona bağışlanır. Lakin etik qaydalar pozulmamalıdır. Bu qaydalara da nəzarət edən xüsusi komissiya təşkil olunur və həmin komissiya qərar verir”. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir