CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Gələn il Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Türkiyəyə keçəcək.

araztv.com   xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, şuraya üzv ölkələr olaraq qiymətləndirmə sektoru ilə bağlı problemlər müzakirə ediləcək.

“Həllini tapmalı bir sıra texniki məsələlər var ki, bu istiqamətdə işlər görülür. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) növbəti toplantısı 2025-ci ildə Özbəkistanda keçiriləcək”, – deyə Vüqar Oruc bildirib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir