Sumqayıtda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub- YENİLƏNİB

qezaaaa.jpg

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində “Kamaz” və “VAZ-21 07” markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıt şəhərində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər – 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir