Paşinyanın mühafizəçisi jurnalistə hücum etdi

Bağanisdə (Tavuş) Ermənistan baş nazirinin mühafizəçiləri jurnalist Ani Gevorkyanı Nikol Paşinyanın kənd sakinləri ilə görüşəcəyi məktəb binasından zorla çıxarıblar.

araztv.com bildirir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Məlumata görə, təhlükəsizlik əməkdaşları məktəb binasına daxil olmağa icazə vermirlər. Ancaq Gevorkyan məktəbə girə bilib. Ondan binanı tərk etməsi istənilsə də, erməni jurnalist buna müqavimət göstərib.

Hazırda məktəbin ərazisi polis tərəfindən mühasirəyə alınıb, görüşün bağlı qapılar arxasında keçiriləcəyi vurğulanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Paşinyanın helikopteri səhər saatlarında Taşirə gedərkən Böyük Qarakilsə stansiyasında təcili eniş edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir