“Qarabağ”dan ayrılan Qurban Qurbanovun yaxını artıq Türkiyədə

Premyer Liqanın 35-ci turunda “Qarabağ” doğma meydanda “Turan Tovuz”a qalib gəldi.

araztv.com bildirir ki, dramatik keçən matçda Ağdam təmsilçisi 4:3 hesablı qələbə ilə aktivinə növbəti 3 xalı yazdırmış oldu.

Qarşılaşmada diqqət çəkən məqamlardan biri Qurban Qurbanovun məşqçilər korpusunda Elçin Rəhmanovun yer almaması oldu.

Bu da səbəbsiz deyilmiş.

Təcrübəli mütəxəssisin “sağ əli” hazırda Türkiyədədir.

O, “Qarabağ”ın U-14 və U-9 yaş qruplarından ibarət komandaları ilə Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” turnirinə yollanıb.

Rəhmanov akademiyanın aşağı yaş qruplarının matçlarını yerində izləyəcək.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir