Nərimanov parkı nə vaxt açılacaq? – AÇIQLAMA

Nəriman Nərimanov adına istirahət parkı bir ildən çoxdur ki, təmirə bağlanıb. Parkda tikinti işləri hələ də yekunlaşmayıb. Parkın təmirinin yubanması ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin işçiləri ilə yanaşı, parkın ətrafındakı səkidən istifadə edən vətəndaşların da narazılığına səbəb olur. Bəs görəsən, parkda işlər nə vaxt yekunlaşacaq?

araztv.com bildirir ki, Metbuat.az  məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirildi ki, parkın istifadəyə veriləcəyi dəqiq tarix bəlli olmasa da, yaxın zamanda işlərin yekunlaşacağı gözlənilir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir