“Azərbaycan dilində nitqim məişət üslubundadır”

“Mən düzgün nitqə yiyələnmək üçün diksiya dərsləri almamışam. Mən düşündüyüm kimi danışıram”.

araztv.com  xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan müsahibəsində deyib.

“Yalnız Azərbaycan dilində deyil, rus dilində də, ingilis dilində də səhv edə bilərəm. Bəli, əlbəttə, müəyyən ömür yaşamışam, rus və ingilis dilində təhsil almışam. Azərbaycan dilində təhsil almadığıma görə mənim nitqim həyətdə, küçədə, valideynlərim və qohumlarımla ünsiyyətdə olduğum məişət-danışıq üslubundadır. Amma belə deyək ki, mən oturub Azərbaycan dilini xüsusi öyrənmişəm. Açığı, xarici işlər naziri olduğum üçün ingilis dilində danışmağı öyrənməli idim. İngilis və rus dillərini bilmək mənim üçün olduqca önəmlidir. Rus dili BMT-nin rəsmi dillərindən biridir”- deyə diplomat bildirib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir