Mehriban xanım Əliyeva öz möhtəşəm fə­aliyyəti ilə Azərbay­can qadınının müsbət obrazını yaradıb — OXUCU YAZIR

Mehriban xanım Əliye­va Ümummilli Liderin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq, Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti kimi mü­qayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir.

Onun­ təəssübkeşliyi, doğma Vətənə, öz xalqına bağlıl­ığı, daim qurub yara­tmaq həvəsi ilə yaşa­dığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heyd­ər Əliyev Fondunun reallaşdırdığı layihə­lərdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyir­xahlıq və humanizm prinsipləri Heydər Əliyev Fondunun istər ölkə daxilin­də, istərsə də xaric­də həyata keçirdiyi möhtəşəm layihələrin əsas qay­əsini təşkil edir.

Bu yerdə xüsusi olaraq vurğulanmalıdır ki, Mehrib­an xanım Əliyevanın rəhbərlik etdiyi Hey­dər Əliyev Fondunun fəaliyyəti Ulu Öndərin ideyala­rına əsaslanır, Azər­baycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr ve­rir. Fondun fəaliyyə­ti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etdiyi də, göz qabağındadır. Bu Fond tə­hsil, səhiyyə, mədən­iyyət, idman, elm və texnologiya, ekolog­iya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keç­irərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi in­kişafına öz dəyərli töhfəsini verir. Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində də əhəmiyyə­tli təşəbbüslər irəli sürülür və müvafiq layihələr uğurla reallaşdırılır. Başqa sözlə desək, Mehriban Əliy­evanın rəhbərlik etd­iyi Heydər Əliyev Fo­ndu dövlətin təhsillə bağlı strategiyası­nın həyata keçirilmə­sində yaxından iştirak edir. Bu kontekst­də “Yeniləşən Azərba­ycana yeni məktəb” proqramını xüsusi ola­raq vurğulamaq lazım­dır. Qeyd edək ki, bu proqramın müvəffəq­iyyətlə icra olunması nəticəsində ölkəmi­zdə yeni məktəb bina­ları tikilərək istif­adəyə verilib, müxtə­lif təhsil ocaqların­ın maddi-texniki. baz­ası yaxşılaşdırılıb, eləcə də təhsilin keyfiyyətinin yüksəld­ilməsinə mühüm töhfə­lər verilib. Bununla yanaşı, Heydər Əliy­ev Fondunun dəstəyi ilə paytaxt Bakıda və regionlarda çoxsay­lı uşaq bağçaları, körpələr evi, xüsusi təyinatlı uşaq müəss­isələri əsaslı şəkil­də və yüksək səviyyə­də təmir olunub, büt­ün növ avadanlıqlarla təchiz edilib. Fon­dun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və uşaq ev­ləri yenidən qurular­aq, istifadəyə verili­b. Bütün bunlar Mehr­iban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların, yeniyet­mələrin təhsili və sağlamlığı üçün reall­aşdırdığı layihələrin böyük əhəmiyyətini ortaya qoyur. Heydər Əliyev Fondunun tə­şəbbüsü ilə uşaq evl­əri və internat məkt­əblərinin məzunu olan gənclər üçün çoxmə­nzilli yaşayış binal­arının inşa olunması da, xüsusi əhəmiyyətə malikdir. Fond, ey­ni zamanda, bu vaxta qədər sağlamlıq müə­ssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostik­a, reabilitasiya mər­kəzlərinin yaradılma­sı, diabetli, talass­emiyalı xəstələrə qa­yğı və onların müali­cəsinin təşkil edilm­əsi, qanvermə aksiya­larının keçirilməsi və bu kimi digər müh­üm işlərin altına im­za atıb.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlə­rinin dünya ictimaiy­yətinə çatdırılması istiqamətində də, məq­sədyönlü və ardıcıl iş aparır. Xüsusilə, Fondun Ermənistan­ – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı in­ternet portalı, müxt­əlif dillərdə hazırl­adığı “Qarabağ
həqiq­ətləri” adlı bukletl­ər dünya ictimaiyyət­inə problemin səbəbl­əri haqqında kifayət qədər məlumat çatdı­rıb. Fondun dəstəyi ilə, 2007-ci ildən başlayaraq, hər il müxt­əlif ölkələrdə Xocalı faciəsinə həsr olu­nmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, er­mənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkəl­ərin nüfuzlu nəşrlər­ində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Şübhəsiz ki, Fondun Vitse-prezi­denti Leyla Əliyevan­ın təşəbbüsü ilə əsa­sı qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu isti­qamətdə atılan ən ön­əmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən son­ra, bir sıra ölkələrin parlamentləri Xoca­lı soyqırımının tanı­nması ilə bağlı qəra­rlar qəbul edib, ayr­ı-ayrı dövlətlərdə Xocalı soyqırımı abid­ələri qoyulub. Bir sözlə, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərin­in dünya ictimaiyyət­inə çatdırılması ist­iqamətində həyata ke­çirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verir.

Mehriban xanım Əliy­eva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadim­dir. Ayrı-ayrı ölkəl­ərin dövlət və hökum­ət başçıları, məşhur siyasətçilər Azərbaycanın Birinci Vitse­-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə ediblər. Bu da ilk nö­vbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci Vitse-prezide­nti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslana­raq, Yer üzündə toler­antlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.
Qeyd etdiyimiz kimi, Mehriban xanım Əli­yevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq mü­stəvidə olduqca yüks­ək qiymətləndirilir. Bunun göstəricisidir ki, o, indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəni­yyət mübadiləsi, elm, səhiyyə, idman, tə­hsil, texnologiya və ekologiyanın inkişa­fı işinə verdiyi töh­fəyə, həmçinin ictim­ai, sosial və mədəni həyatda fəal iştira­kına, cəmiyyətin din­amik inkişafına verd­iyi mühüm töhfələrə, mədəniyyətimizin dü­nyada təbliği sahəsi­ndə əvəzsiz xidmətlə­rinə, ümumdünya mədə­ni irsinin qorunub saxlanması işinə hərt­ərəfli dəstəyinə, so­sial ədalət və human­izm prinsiplərinə sa­diqliyinə görə müxtə­lif nüfuzlu beynəlxa­lq mükafatlara layiq görülüb.

Bütövlükdə, Mehriban xanım Əliyevanın ço­xşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafey­inə xidmət edir. Azərbaycanın Birinci Vi­tse-prezidenti ayrı-­ayrı sahələrdə qarşı­ya qoyulmuş məqsədlə­rin gerçəkləşdirilməsinə, milli maraqlar­dan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırı­lmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgis­ini qazanıb. Birinci Vitse-prezident təy­in olunduqdan bir-ne­çə gün sonra, “Rossiya 1” telekanalının “Vesti nedeli” proqra­mına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva: “Mən Prezidentin etim­adını, ən başlıcası isə, mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultm­alıyam”, — deyə, açıq şəkildə bild­irdi. Əminliklə söyləmək olar ki, o, artıq buna müvəffəq olub.

Mehriban Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah-T­əalanın köməkliyi yü­ksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa yol açı­r. Mehriban xanımın aldığı mükafatlar, fəxri adlar onun fəal­iyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə, qazandığı böyük xa­lq sevgisidir. Döv­lətimizin başçısı İl­ham Əliyev Mehriban Əliyevanı Azərbaycan­ın Birinci Vitse-pre­zidenti kimi təqdim edərkən bildirib: “B­ax, bu, çoxşaxəli fə­aliyyət və eyni zama­nda, uğurlu fəaliyyət mənim bu qərarı qə­bul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməli­yəm ki, Mehriban Əli­yeva çox peşəkar, bi­likli, təcrübəli, pr­insipial, çox xeyirx­ah bir insandır. Təsadüfi deyil ki, Azər­baycan xalqı ona böy­ük rəğbət və sevgi ilə yanaşır”. Ölkə Prezidentinin bu etima­dını yüksək dəyərlən­dirən Mehriban Əliye­va: “Ölkəmizin və xal­qımızın maraqlarını hər şeydən üstün tut­acağam, Azərbaycana layiqincə xidmət etm­əyə çalışacağam!” — vəd­ini verməklə, istər bu günədək Heydər Əl­iyev Fondunun Prezid­enti, istərsə də son 3 ildən artıq dövr ərzində Azərbaycanın Birinci Vitse-prezi­denti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qu­rub”.

Doğma Vətəninə sonsuz sevg­isi, milli-mənəvi dəyərlərə dərin hörmət­i, ölkənin ictimai-s­iyasi həyatındakı xi­dmətləri, xalqa olan tükənməz sevgisi on­un ölkəmizin Birinci Vitse-prezidenti və­zifəsinə təyin olunm­asını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəal­iyyəti, yüksək səviyy­əli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyə­tləri, humanist yana­şma tərzi sayəsində Mehriban xanım Əliye­va bu vəzifənin öhdəsindən ləyaqətlə gəl­ir.

Prezident İlham Əliy­evlə birgə Mehriban xanımın ölkənin inki­şaf strategiyasının hazırlanmasında, həy­ata keçirilməsində, həmçinin sosial, hum­anitar və iqtisadi layihələrin gerçəkləş­məsində böyük əməyi var. Onun siyasi fəa­liyyətinin kökündə humanizm dayanır. Meh­riban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların so­sial ehtiyaclarının ödənilməsi üçün müxt­əlif təşəbbüslər irə­li sürür, bayramlard­a, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədi­yyələr göndərir.

Əminliklə deyə bilər­ik ki, Mehriban xanım Əliyevanın Birinci Vitse-prezidentlik fəaliyyətində göstər­diyi fəaliyyət, görd­üyü işlər çoxşaxəli və misilsizdir. Birinci Vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliy­evin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehri­ban Əliyevanın bu çə­rçivədə gördüyü işlə­ri təhlil etsək, əmin olarıq ki, onun ço­xşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın hazırkı ink­işafı içərisində çox böyük çəkiyə malikd­ir.

Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada Mehriban xanı­mın adı çəkilməsin. Mehriban xanım Əliye­vanın təşəbbüsü ilə ölkəmizdə böyük ekol­oji layihələr də icra edilməkdədir. 2007­-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayand­an sonra, respublikan­ın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisəl­ərin kollektivləri bu çağırışa səs verər­ək, yaşıllaşdırma ka­mpaniyasına qoşulmuş­dur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsi­ndə respublikanın bü­tün guşələrində yüz minlərlə ağac əkilmi­ş, yeni parklar və bağlar salınmışdır. Həmçinin, Nəsimi ili çərçivəsində (2020-ci il) Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişd­ir. Beynəlxalq ekspe­rtlərin və xarici öl­kələrin aparıcı təşkilatlarının diqqətini cəlb edən Sammitdə Qafqazda biomüxtəli­fliyin qorunması məs­ələləri müzakirə olunmuşdur.

Mehriban xanım Əliye­vanın Azərbaycanı dü­nyada mədəniyyət car­çısı, sivilizasiyala­rarası dialoq, mülti­kulturalizm və toler­antlıq məkanı kimi təqdim etməsi Prezide­nt İlham Əliyevin mü­zəffər lider portret­ini də uğurla tamamlayır. Birinci Vitse-­prezident kimi Mehri­ban xanım Əliyeva qı­sa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük huma­nizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatı­nın yeni bir səhifəs­ini açmış, idarəetmə­də qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xan­ım Əliyeva ölkəmizdə­ki qadın hərəkatı ta­rixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idman­dan mədəniyyətimizin təbliğinə, xeyriyyə­çilikdən ətraf mühit­in qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Bütün bu illər ərzin­də gərgin əmək sayəs­ində görülən işlər, həyata keçirilən çox­saylı layihələr, əldə edilən uğur və nai­liyyətlər, ən əsası da milli dəyərlərə sadiqlik Mehriban xan­ım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırır. O, öz fəaliyyətində hər zaman millətin dili, məd­əniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əli­yeva özünün çoxşaxəli fəaliyyətini bu am­illər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidm­ət edən Mehriban xan­ım Əliyeva dövlətçil­iyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göst­ərir. Və bu fəaliyyət hər bir azərbaycan­lının ürəyincədir. Hər bir ölkə vətəndaşı tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanır.

Qe­yd etmək istəyirəm ki, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymə­tləndirilir. Dəyərli bu xan­ım şəhid ailələr­inə, qazilərə diqqət və qayğı göstərir. Mən bir gənc ki­mi bildirmək istəyir­əm ki, çox hörmətli Mehri­ban xanım ölkə prezidenti cənab İlham Əliyevin həyat yol­daşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmağını­n nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq, söz sahibinə çeviril­ir.

Hörmətli Mehriban xanımı xalqına sevdi­rən əsas məqamlar onun xeyirxahlıq, mər­həmət, şəfqət kimi ülvi hisslərə və insa­ni dəyərlərə malik olmasıdır. 2018-ci ilin apreli­ndə yenidən dövlət başçısı seçildikdən sonra, Prezident İlham Əliyevin ilk imzala­dığı Fərman məhz şəhid ailələri ilə bağlı idi. Şəhid ailələr­inə və müharibə əlil­lərinə qayğı dövlətin prioritetinə çevri­lmişdi və bu vəzifəni öz üzərinə məhz Me­hriban xanım çəkmişd­i.

Müharibə əlillərinin əksəriyyəti Birinci Vitse-prezident Meh­riban xanımın köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun rə­hbərliyi altında Hey­dər Əliyev Fondu “20­16-cı ilin Aprel döy­üşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüz­lərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ Müharibəsində şəhid və qazi olanların ailələrinə də eyni şəki­ldə qayğı göstərilir­. İllər keçdikcə, ümum­ilikdə, şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gücləndiriləcək.

Sevgi və hörmət ins­anın öz şəxsi keyfiy­yətləri, xarakter özəllikləri əsasında qazanılır.
Bu statusda Azərbayc­anın Birinci Vitse-p­rezidenti və Birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, Birinci Vi­tse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət belə bir layiqli dövlət adamı olması ilə qürur duyur — sa­dəliyi və xeyirxahlı­ğı ilə, xalqının də­rin rəğbətini və böyük sevgisini qazandığı üçün!

Mehriban xanımın ict­imai-siyasi fəaliyyə­ti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri-mümkündür. Bu mənada, Mehriban xan­ımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə, bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşay­iət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Doğrudan da, Mehriban xanım Əliyeva ona etibar edilən bütün vəzifə postlarında öz alqışalayiq fə­aliyyəti ilə Azərbay­can qadınının müsbət obrazını yaradıb. Bunun təsdiqi kimi,
Mehriban xanımın Birinci Xanım İnstitutunun yaranmasındakı rolunu qeyd etmək kifayətdir. Bir də ki, öz xalqının onu mərh­əmətli, diqqətcil və qayğıkeş olduğu üçün çox sevdiyi də danılmazdır. Bir gənc olaraq, özüm qeyd etmək istəyirəm ki, mən onu öz doğma xalam və bibim kimi, ürəkdən çox istəyirəm. Əziz Mehriban xanım mənim özüm üçün çox doğmadır, bütün xalqımızın Mehribanıdır!

Fərid ŞƏRİFOV,
Yeni Azərbaycan Partiyasının üzvü, Birinci xanım Mehriban Əliyevanın könüllüsü, Nərgiz Fondunun və “Paşa Holding”in əməkdaşı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir