Türkiyə bu ölkə ilə birləşəcək – Cəlal Şəngördən ŞOK

Tanınmış türk geoloq-alim Cəlal Şəngör Türkiyənin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, Türkiyənin 10 milyon ildən sonra birləşəcəyi ölkəni elan edib.

araztv.com  bildirir ki, Şəngör bu barədə HT Elm Tarixi Fəlsəfə kanalında Fatih Altaylı ilə birgə müsahibədə danışıb.

Alim hər 600 milyon ildən bir aparılan araşdırmalar nəticəsində yeni bir superkontinentin meydana gəldiyinin üzə çıxdığını bildirib. Onun sözlərinə görə, dünyada davam edən dəyişikliklər nəticəsində gələcəkdə Türkiyənin xəritədəki yeri fərqli olacaq.

Şengör hətta Avropanın dağılacağını və Qərbi Avropanın bir adaya çevriləcəyini bildirib. Eyni zamanda Amerika və Asiya arasında qarşılaşma ola biləcəyini də irəli sürüb.

Onun sözlərinə görə, 10 milyon ildən sonra Türkiyə və Liviya birləşərək quru qonşuları olacaq: “Bugünkü tempə baxdıqda, biz tədricən Liviya ilə birləşirik. Və yavaş-yavaş Şərqi Aralıq dənizi bağlanır”.   / Publika.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir