Aksiyaçılar Gorusda İran yolunu bağladı

Ermənistan-İran dövlətlərarası yolu aksiyaçılar tərəfindən bağlanıb.

Xəbər verilir ki, bir neçə maşınla dövlətlərarası yolun Gorusdan keçən hissəsi bloklanıb.

Qeyd edək ki, keşiş Baqratın rəhbərliyi ilə Ermənistanda revanşistlərin Azərbaycanla delimitasiyaya qarşı başlatdığı etiraz aksiyası davam edir. Növbəti mitinq ötən gün saat 18:30-da Respublika meydanında olab.

Keşiş Baqrat bütün ölkə üzrə etirazlara və yolların bloklanmasına çağırış edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir