Xəbəri olmadan Azərbaycan Beynəlxalq Bankının gecəykən xanım vətəndaşın adına ayırdığı 10 min kredit pulu “RabitəBank”dan çəkilib — ŞİKAYƏT

Bəyəm, Beynəlxalq Bank gecə yarısı da kredit verir?!

Vətəndaş Rübabə Əliyeva “Azərbaycan Beynəlxalq Bankı” ilə “Rabitəbank”ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır.

araztv.com xəbər portalına verilən məlumata görə, bu barədə şikayətçinin özü ölkə mətbuatına yazıb və hüquqşünaslardan kömək istəyib.. O bildirib ki, “Rabitəbank”dakı hesabından onun xəbəri olmadan pulu çəkilib:

“Mənim xəbərim olmadan “Azərbaycan Beynəlxalq Bank”ı 26 mart 00:56-da 10 min kredit ayırıb. Sonra mənim şəxsi vəsaitim olan “Rabitə Bank”dan pulum çəkilib. Bu barədə hər yerə yazmışam. Ancaq heç bir nəticə yoxdur. ABB deyir pulu ödəyin. Nə üz skaneri, nə video görüntü olmayıb. “Rabitəbank”a dəfələrlə müraciət etmişəm. Özləri də təsdiq edib ki, 3D kodu mənə göndərməyiblər. Sonra da dedilər bizdə görünmür, amma Azərkart deyir, mesaj gəlib. Deyirlər, bunu xakerlər edib, polisə müraciət edin”.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir